Çərşənbə, 24 Aprel

Vardanyan “ətirli” camaşırlar yığılmış yük maşınının kuzovunda Qarabağdan qaçdı

image

Ermənistan mətbuatında yayılan məlumata görə, Xankəndidəki qanunsuz rejimin iflasa uğramış “dövlət naziri” Ruben Vardanyan Moskvaya qaçıb.

Xəbər verilir ki, yayılan bu məlumatlara etibar etmək olar.

Üstəlik, vurğulanır ki, Vardanyan nəinki Azərbaycan ərazilərini tərk edib, o, sözün həqiqi mənasında aradan çıxıb:

“Əldə etdiyimiz məlumata görə, o, Qarabağdan Rusiya sülhməramlı kontingentinə məxsus yük maşınının kuzovunda, Rusiya hərbçilərinə məxsus olan və təkrar emal üçün geri göndərilən, tər iyi verən alt paltarlarının və çirkli uniformaların arasında qaçıb.

Görünür, Vardanyanın yalnız ona (və bəlkə də RSK-ya) məlum olan bir növ xüsusi fetişi var. Daha sonra o vaxtilə xüsusi tapşırıqla gəldiyi ünvana – Moskvaya göndərilib”.

“Beləliklə, “Vardanyan layihəsi”ni rəsmi olaraq süquta uğradılmış hesab etmək olar. Bu, ilk növbədə Azərbaycan xalqının və şəxsən Ali Baş Komandanın dəmir iradəsi sayəsində baş verdi.

Əgər Ruben Vardanyan başqa bir layihə ilə Qarabağa qayıtmaq qərarına gəlsə (bu, çox zəif ehtimaldır), o zaman bu, Bakı tərəfindən “casus belli” kimi qiymətləndiriləcək və ordumuzun müvafiq, ildırımsürətli hərəkətləri ilə qarşılanacaq”, - müəllif qeyd edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37