Cümə, 03 May

Əhaliyə rəsmi xəbərdarlıq: Bu ərazilərdən uzaq durun!

image

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün günün ikinci yarısından başlayaraq fevralın 9-a kimi ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Xəbər verilir ki, Bakı Şəhər İcra Hakimiyyəti  paytaxt sakinlərinə müraciət edərək, gözlənilən hava şəraiti ilə bağlı  müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. 

Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq və avtomobilləri saxlamamaq tövsiyə olunur.  

“Bildiririk ki, hava şəraiti ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində çalışacaqlar”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15