Cümə, 29 Mart

Ermənistan müxalifəti Paşinyanın seçki vədi ilə razılaşmadı

image

Ermənistanın baş naziri Nikol Paşinyan 3 ay sonra ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirsə də, müxalifət fəalları bununla razılaşmayıblar.

Aftafa.tv xəbər verir ki, Baş nazirə qarşı çıxan müxalif fəallar Paşinyanın maksimum aprelin sonlarına qədər istefa verməsi tələbini irəli sürüblər. Vətənin Xilası Hərəkatnın təmsilçiləri isə bu gün yeni bəyanatla çıxış edəcəklərini vurğulayıblar.

“Mübarizə (Paşinyana qarşı) davam edir. 19 martda bəyanatla çıxış edəcəyəm”, – deyə hərəkatın koordinatoru İşxan Saqatelyan feysbukdakı səhifəsində yazıb.

Bununla yanaşı, müstəqil politoloqlar Paşinyanın yeni seçkilərlə bağlı açıqlamasının blef olduğunu qeyd ediblər.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri cari il iyunun 20-də keçiriləcək.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45