Cümə axşamı, 02 May

Taliban qızların təhsil hüququnu müdafiə edən professoru həbs edib

image

"Taliban"ın Əfqanıstanda qızlara tətbiq etdiyi təhsil qadağasını açıq şəkildə tənqid edən prof. İsmayıl Məşəl həbs edilib.

Xəbər verilir ki, pulsuz kitablar paylayarkən həbs edilən Prof. Məşəlin adı, Talibanın qızların universitetlərdə və orta məktəblərdə təhsil almasına qadağa qoymasına etiraz edərkən məlum olub.

37 yaşlı akademik Taliban tərəfindən "təxribat xarakterli hərəkətlərdə" ittiham edilib.

İnformasiya və Mədəniyyət Nazirliyinin Taliban rəsmisi Əbdül Haq Hammad Twitter hesabından verdiyi açıqlamada, Məşəlin jurnalistləri əsas yolda toplamaqla “xaos” yaratmaqda günahlandırıldığını bildirib.

Qeyd etmək lazımdır ki,  professor həbs olunan zaman Taliban qüvvələri tərəfindən sillə və yumruq zərbələri alıb. Bununla belə, Əbdül Haq Hammad professorla həbsdə yaxşı rəftar edildiyini müdafiə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15