Çərşənbə axşamı, 19 Mart

“Rusiyanın Ukraynadakı döyüş effektivliyi xeyli aşağı düşüb”

image

“Rusiyanın Ukraynadakı döyüş effektivliyi xeyli aşağı düşüb”. 

Xəbər verilir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. 

Bildirilib ki, müxtəlif Qərb mənbələrinin məlumatına görə, Rusiya qüvvələri Ukraynada 200 minə yaxın itki verib: 

“Donetsk vilayətinin Baxmut ətrafındakı döyüşlər nəticəsində Rusiya ordusunun itkilərinin sayı daha da artıb. Hər gün yüzlərlə hərbçi Baxmut bölgəsində ölür və ya yaralanır. Ukraynadakı müharibədə Rusiya itkilərinin sayının yüksək olması Rusiya ordusunun döyüş effektivliyinə mənfi təsir göstərir. Rusiya ordusu növbəti hücumlara hazırlaşır. Bu isə səfərbərliyin ikinci dalğasını qaçılmaz edir”. 

Məlumatda, həmçinin bildirilib ki, Rusiya məhbusları da döyüşlərə cəlb edir.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu və Britaniya kəşfiyyatı Rusiyada səfərbərliyin növbəti dalğasının elan olunacağı ilə bağlı proqnoz vermişdi. 

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, qarşıdakı 6 ay müharibənin taleyində həlledici olacaq. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11