Çərşənbə axşamı, 19 Mart

“Putin marta qədər Donetsk və Luqanskı ələ keçirməyi əmr edib”

image

Rusiya Prezidenti Vladimir Putin 2023-cü ilin mart ayına qədər Donetsk və Luqansk vilayətlərini ələ keçirməyi əmr edib. 

Xəbər verilir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. 

“Ehtimal edilən növbəti səfərbərlik Rusiyadakı daxili narazılığı gücləndirə bilər”, - məlumatda bildirilib. 

Yazıda Ukrayna müdafiə naziri Oliksiy Reznikovdan sitat gətirilib. Onun sözlərinə görə, Rusiya genişmiqyaslı hücuma hazırlaşır: 

“Hücumların şərq və ya cənub istiqamətində baş tutacağı proqnozlaşdırılır. Rusiyadakı əvvəlki səfərbərlik ölkədə sosial narazılıqlara səbəb olmuşdu. Çox güman, daha 200.000 şəxsi heyətin səfərbər edilməsi narazılıqları gücləndirəcək və ciddi problemlərə səbəb olacaq”. 

İnstitut həmçinin qeyd edib ki, Putin bu ilin mart ayına qədər Donetsk və Luqansk vilayətlərini ələ keçirməyi əmr edib: 

“İşğal edilmiş Luqansk vilayətində internet mobil xidməti bloklanıb. Çox güman ki, bu, ərazidə əlavə Rusiya qüvvələrinin yerləşdirilməsini gizlətmək üçündür. Ukrayna tərəfinin məlumatına görə, hazırda ölkədə 326 000 nəfərlik Rusiya şəxsi heyəti döyüşür”. 

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu və Britaniya kəşfiyyatı Rusiyada səfərbərliyin növbəti dalğasının qaçılmaz olduğunu bildirmişdi. 

Xatırladaq ki, Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilovun sözlərinə görə, qarşıdakı aylar müharibənin taleyi üçün həlledici olacaq. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11