Çərşənbə axşamı, 19 Mart

Almaniya və Niderland quru qoşunları BİRLƏŞİR

image

Niderland hökuməti 2023-cü ildə quru qoşunlarını Almaniya ordusuna tam inteqrasiya etməyi planlaşdırdıqlarını açıqlayıb.

Xəbər verilir ki, bu barədə “Bloomberg” Niderland Kral Ordusunun mətbuat katibi mayor Mark van de Beekə istinadən yazıb.

Bildirilib ki, ölkənin müdafiə xərclərini azaltmaq üçün orduları birləşdirməyə 1993-cü ildə başlanılıb.

Qeyd edək ki, Niderlandın quru qoşunları üç briqadadan ibarətdir, onlardan ikisi artıq almanlarla birlikdə xidmət edir. Üç min nəfərlik sonuncu, üçüncü briqada isə 2023-cü ilin aprelinə qədər Alman ordusuna birləşdirilə bilər. Bu, təxminən 50 min nəfərlik qrupun yaradılmasını başa çatdıracaq.

Nəşr onu da vurğulayır ki, Hollandiya ordusu Almaniyadan icarəyə götürülmüş “Leopard” tanklarından istifadə edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11