Şənbə, 20 Aprel

Müğənni təcavüzə uğradı: “Qışqırdım, səsimi eşidən olmadı”

image

Müğənni Zerrin Özer illər sonra gənc yaşlarında başına gələn dəhşətli hadisədən danışıb.

Aftafa.tv xəbər verir ki, aparıcı Armağan Çağlayanın “Dur bi dinle” proqramına qonaq olan ifaçı qardaş bildiyi şəxs tərəfindən təcavüzə uğradığını etiraf edib:

“Belə bir şey var, gənc qızsınız və ailəniz mühafizəkardır. Bir gün təcavüz başıma gəldi. Yumruq, təpiyə məruz qalaraq təcavüzə uğradım. Qışqırıram, səsimə səs verən də yoxdur. Onu özümə qardaş bilirdim. Həmin vaxtlar bir başqasına aşiq idim, gəlib hər şeyi ona danışırdım.

Bu hadisəni nə anama, nə də bacılarıma dedim. Hər gün yorğanı başıma çəkib ağlayırdım. Nə yaşadığımı bir Allah bilir, bir də mən. Artıq o insanla çalışmaq istəmirdim, işdən çıxmaq istədim, evdən qoymadılar. Hər gün o insanın üzünə baxa-baxa işləməyə davam etdim. Sonra bir albom çıxartdırdım.

Nəhayət, evlənmə çağım gəldi. Ailə həyatı qurmağa da qoymadılar. İllərlə psixoloq yardımı aldım. Amma o gün baş verən hadisəni içimdən söküb ata bilmədim. Həmişə deyirdilər ki “Zerrin ağlayır. Zerrin qara eynək istifadə edir”. Çünki mən başımı qaldırıb kiməsə baxa bilmirdim artıq. O insana haqqımı halal etmirəm”.

Sənətçiyə təcavüz edən şəxs bir müddət əvvəl vəfat edib.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20