Cümə axşamı, 18 Aprel

İran Rusiya-Türkiyə-Suriya üçtərəfli formatına daxil edildi – Lavrovdan AÇIQLAMA

image

“İranın Rusiya-Türkiyə-Suriya üçtərəfli formatına daxil edilməsi ilə bağlı prinsipial razılıq əldə olunub”.

Xəbər verilir ki. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Rusiyanın Türkiyənin Suriya ilə münasibətləri inkişaf etdirmək marağına dəstək verdiyini deyən Lavrov bu mövzuda araşdırmaların aparılacağını vurğulayıb: “Biz Türkiyə prezidentinin (Rəcəb Tayyib Ərdoğanın) Suriya prezidenti (Bəşər Əsəd) ilə münasibətlərin normallaşdırılmasında maraqlı olmasını həqiqətən dəstəkləyirik və sözügedən məsələyə töhfə verməyə hazırıq”, – deyə Lavrov bildirib.

Rusiya, Türkiyə və İranın Suriya böhranının həlli ilə məşğul olan “Astana üçlüyü”nün bir hissəsi olduğunu xatırladan Lavrov, Moskva və Tehranın Türkiyəylə münasibətləri normallaşdırması ilə bağlı gələcək təmaslarda istəkli olmasını tamamilə məntiqli hesab edib. O bildirib ki, konkret formatın necə olacağını, bunun hərbi rəsmilər, yoxsa diplomatlar səviyyəsində həyata keçiriləcəyini dəqiq söyləmək çətindir. Ancaq bu istiqamətdə iş aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28