Çərşənbə axşamı, 23 Aprel

Araqla virusa qarşı mübarizə aparanların cavabını həkim verdi - FOTO

image

“Çoxları arağın tərkibində etil spirti olduğu üçün orqanizmi mikroblardan qoruya biləcəyinə inanır. Amma araq dezinfeksiyaedici vasitə sayıla bilməz”.

Bu barədə Rusiya Səhiyyə Departamentinin nümayəndəsi Valentin Skryabin məlumat verib.

Həkimin sözlərinə görə, etil spirtinin araqdakı konsentrasiyası təxminən 40% təşkil edir.

“Virus membranlarının məhv edilməsi üçün isə 60% spirt konsentrasiyası lazımdır. Başqa sözlə, nə araq, nə də digər spirtli içkilər dezinfeksiyaedici rol oynaya bilməz və bədəni qoruya bilməz”, - deyə narkoloq izah edib.

O, əlavə edib ki, spirtli içkilər, əksinə, insanın immunitetini azaldır və insan orqanizmi üçün zəhərdir.

“Hər hansı bir zəhərdə olduğu kimi, maddənin dozası nə qədər yüksək, təsiri də nə qədər uzun olarsa, bədənə o qədər çox zərər verər”, - deyə Skryabin sözlərini yekunlaşdırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37