Cümə, 26 Aprel

Abşeronda üç usta zəhərləndi, ikisi öldü, biri komaya düşdü

image

Abşeronunda 3 nəfər zəhərlənib.

Xəbər verilir ki, hadisə rayonun Novxanı qəsəbəsində baş verib.

Qəsəbə ərazisində tikilməkdə olan fərdi yaşayış evində usta işləyən 1960-cı il təvəllüdlü Yusibov Siyasət Mirzəağa oğlu, 1968-ci il təvəllüdlü Ağayev Zamin Rəfi oğlu və 1966-cı il təvəllüdlü Alıyev Kamil İsmayıl oğlu yemək yeyəndən sonra zəhərlənib. Hadisə nəticəsində Kamil Alıyev hadisə yerindəcə dünyasını dəyişib. Siyasət Yusibov isə xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə nəticəsində halı pisləşən Zamin Ağayev isə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, Z. Ağayev hazırda KTM-in Təcili yardım şöbəsində qırmızı zonada, reanimasiya bölməsindədir: "Vəziyyəti kəsik ağırdır, komadadır. Lazimi ilkin yardım göstərilib, pasiyentin hazırki vəziyyətdən çıxarılması üçün ehtiyac olan tibbi müdaxilələr davam edir".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33