Cümə, 19 Aprel

Finlandiya İsveçlə birlikdə NATO-ya daxil olmaq istədiyini açıqladı

image

Ankaradan gələn siqnallara baxmayaraq, Finlandiya İsveçlə birlikdə NATO-ya daxil olmaq istədiyini bəyan edir.

Xəbər verilir ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bu gün belə bir bəyanatla çıxış edərək, iki Skandinaviya ölkəsinin iyulun 11-12-nə planlaşdırılan Vilnüs sammitindən əvvəl Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulacağına ümid etdiyini bildirib.

“Finlandiya və İsveçin eyni vaxtda üzvlük üçün çox ciddi səbəbləri var. Onlardan biri odur ki, bizim Baltik dənizində ümumi sahil zonamız var. Regionda nəsə baş verərsə, hər iki dövlət bunun təsirini hiss edəcək. Beləliklə, Finlandiya və İsveç NATO-ya üzv olmalıdırlar”, - deyə Finlandiya diplomatiyasının rəhbəri bəyan edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28