Cümə, 26 Aprel

Azərbaycana avtomobil idxalı azalıb: Səbəb nədir?

image

Ötən il Azərbaycana 74 577 avtomobil idxal edilib. Bu da 2021-ci illə müqayisədə 16 617 ədəd və ya 18,2% azdır.

Məlumata görə, avtomobil bazarı üzrə qiymətləndirici Sərxan Qədirov deyib ki, əvvəl ay ərzində 5-10 avtomobil gətirən şəxslər hazırda bu sayı 2-3 ədədə endiriblər. Hətta ölkəyə nəqliyyat vasitələrinin gətirilməsi işini dayandıranlar da var.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə bildirib ki, gözləniləndən fərqli olaraq, ölkəyə idxal olunan kiçik mühərrikli avtomobillərin sayında da azalma var. Bunun başlıca səbəbi Rusiyada istehsalın dayandırılmasıdır.

 Ekspertin sözlərinə görə, əvvəllər Azərbaycan bazarında Rusiya istehsalı olan nəqliyyat vasitələri geniş yer tuturdu. Hazırda isə həmin ölkədən idxal tam dayanıb.

Eldəniz Cəfərov deyib ki, Avropa və Asiyadan isə dizel və benzin mühərrikli avtomobillərin gətirilməsində ciddi fərq müşahidə edilmir. Təkcə hibrid və elektromobillərin idxalında azalma özünü göstərir. Buna səbəb kimi də istehsalın azalması göstərilir.

Eldəniz Cəfərov onu da əlavə edib ki, Rusiyadan avtomobil idxalının dayandırılması daxili bazara ciddi təsir etməyəcək. Çünki həmin nəqliyyat vasitələrinin yerini Çin istehsalı olan avtomobillər tutur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33