Bazar, 05 May

Narazı tibb işçilərinə ödənişlər edildi- ÖZƏL

image

“Tibb və qeyri-tibb işçilərinin fevral ayı üçün müddətli əlavələri bu gün ödənilib”.

Əldə etdiyimiz məlumata görə Maliyyə Nazirliyi tərəfindən fevral ayı üçün ödənişlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabına köçürülüb.

Bu gün 29 tibb müəssisənin işçilərinin müddətli əlavələri ödənilib. Həftə ərzində isə digər tibb müəssisələrində çalışan tibb və qeyri-tibb işçilərinə ödənişlər ediləcək.

Qeyd edək ki, tibb işçiləri son iki ayın müddətli əlavəsini ala bilmədiklərindən şikayət edirdilər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə bildirilirdi ki, Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılmadığı üçün ödənişlər edilmir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15