Cümə axşamı, 25 Aprel

Vardanyandan yeni təxribat - Hərbi geyimdə icma rəhbərlərini çardağa yığdı

image

Xankəndidəki separatçı rejimin qondarma "dövlət naziri" Ruben Vardanyan növbəti dəfə təxribatçı davranışı ilə seçilib.

Xəbər verilir ki, o, Ağdərə rayonununda ermənilərin yaşadığı kəndlərə gedərək icma rəhbərləri ilə çardaqda toplantı keçirib.

Separatçı böhran vəziyyətində olmalarından gileylənib. O qeyd edib ki, proseslərin qondarma rejimə çox böyük mənfi təsirinə və çətinliklərə baxmayaraq, böhran onlara müəyyən dərs verib.

"Bu yeni vəziyyətdə prioritetlər yenidən qiymətləndirilir. Bir sıra sektorlar, məsələn, kənd təsərrüfatı və bu sahədə həyata keçirilən proqramların səmərəliliyinin artırılması əsas istiqamətlərdən birinə çevrilib" deyən Vardanyana sakinlər problemlərindən danışıblar. Onlar qarşıdan gələn yaz əkinlərinə hazırlıq və istixana təsərrüfatının hazırkı durumu barədə də giley dolu suallar veriblər.

Separatçı yerli ermənilərin suallarına cavab əvəzində deyib ki, “Hər dəfə bu görüşlərdən çox güc alıram. Hər dəfə sizinlə görüşdükdən sonra məndə inam daha da güclənir ki, biz birlikdə çox şey edə bilərik və çox şeyə nail olacağıq”.

Vardanyanın hərbi geyimə keçməsi də diqqət çəkib. Halbuki o heç bir rütbə daşımır və əsasən separatçıların iqtisadi məsələləri ilə məşğul olur.

Xatırladaq ki, Vardanyanın Rusiyadan Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakı bu siyasi oyuna sərt şəkildə təpki vermişdi.
Azərbaycan Prezidenti İlham Əliyev isə Vardanyan haqqında deyib:

"Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33