Cümə, 19 Aprel

Gürcüstan aprel ayından etibarən PUA istehsalına başlayacaq

image

Gürcüstan cari ilin aprel ayından etibarən özünün hərbi pilotsuz təyyarələrinin kütləvi istehsalına başlayacaq.

Xəbər verilir ki, bu barədə ölkənin müdafiə naziri Xuanşer Burçuladze bildirib.

Bundan əvvəl Polşanın "WB Electronics" şirkəti və Gürcüstanın "Delta" hərbi elmi-texniki mərkəzi Gürcüstanda pilotsuz təyyarələrin istehsalı ilə məşğul olacaq birgə şirkət yaradıb.

ATS-nin bəzi hazır nümunələri artıq Gürcüstanın baş naziri, müdafiə və daxili işlər nazirlərinin iştirakı ilə sınaqdan keçirilib.

Gürcüstan hərbi idarəsinin məlumatına görə, söhbət kamikadze və kəşfiyyat xarakterli pilotsuz təyyarələrdən gedir, gürcü-polşa şirkəti ildə təxminən 1000-1500 hərbi pilotsuz təyyarə istehsal etmək niyyətindədir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28