Cümə axşamı, 25 Aprel

Çinarənin nişanlandığı cərrahla bağlı aliment qalmaqalı

image

Tanınmış teleaparıcı Çinarə Əliyevanın nişanlısı estetik cərrah Ruslan Rəsulun övladlarının alimentini vermədiyi iddia olunur.

Xəbər verilir ki, bu barədə feminist aktivist Gülnara Mehdiyeva məlumat yayıb:

“Ruslan Rəsul adlı məşhur estetik cərrah iki uşağına aliment vermir. Daha doğrusu, bir əməliyyatının qiyməti 3000 manatdan başladığı halda (qızlar bir-bir yazıb maraqlanıblar), o, öz gəlirini rəsmi olaraq, “MODERN HOSPITAL”da 150 manat göstərib və iki uşağa görə ona ən minimum - 350 manat aliment təyin olunub.

Amma adam keçmiş arvadına zülm etmək məqsədilə bu məbləği də bütöv şəkildə deyil, 50, 30 manat olaraq hissə-hissə verir və hər dəfə eks yoldaşını ona yalvarmağa məcbur edir”.

Onun sözlərinə görə, R.Rəsul məhkəmə qərarına əsasən həyat yoldaşının payına düşən ev hissəsini də verməkdən boyun qaçırır:

“Keçmiş həyat yoldaşına atdığı səs yazısında deyir ki, 4 aydır ki, heç bir əməliyyat etməyib və bir qəpik pulu yoxdur. Lakin bu yaxınlarda mətbuatda gedən xəbərlərdə və nişanlısının açıq profilində yayımlanan fotolara əsasən, o, nişanlısına olduqca bahalı hədiyyələr alır və öz həyatında da maddi korluq çəkmir. Yeni keçirtdiyi əməliyyatlarının skrinini  paylaşacam. Bundan başqa, adamın yaşadığı ev əslində məhkəmə yolu ilə keçmiş həyat yoldaşı arasında bölünüb. Lakin Ruslan Rəsul o evdə özü yaşayır və yoldaşına düşən payı vermək istəmir.

Yanvarın 31-i alimentin məbləğinin artırılması ilə bağlı məhkəmə olacaq. Vəkilimiz onun gəlirlərinin müəyyən edilməsi üçün lazımi yerlərə müraciət edəcək”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33