Cümə axşamı, 25 Aprel

ABŞ Səudiyyə Ərəbistanını cəzalandırmaq fikrindən niyə daşındı? - SƏBƏB

image

2022-ci ilin oktyabrında ABŞ Prezidenti Co Bayden “OPEC+” ölkələrinin neft hasilatını azaltmaq qərarına görə krallığa qarşı tədbir görəcəyinə söz verdi. Bu zaman ABŞ-Səudiyyə qarşıdurmasının yeganə nəticəsi gələcək əməkdaşlığın məhdudlaşdırılması oldu.

Xəbər verilir ki, bu barədə  “The Washington Post” qəzeti ABŞ Dövlət Departamentindəki mənbələrə istinadən yazıb.

Nəşr qeyd edib ki, Konqres iki ölkə arasında müdafiə sahəsində gələcək əməkdaşlığı məhdudlaşdırmağa yönəlmiş tədbirlər görüb, lakin ABŞ-dan başqa cavab gəlməyib.

Bildirilib ki, bu, Səudiyyə Ərəbistanının İrana qarşı müsəlman dünyasında böyük nüfuza malik bir dövlət kimi ABŞ üçün əhəmiyyətini göstərir.

Qeyd olunub ki, oktyabr böhranının nəticələrindən biri də Konqresdəki müxalifətin Ağ Evə qarşı təzyiqi artırması olub.

“Biz onlara silah satmağa və insan hüquqlarının pozulmasına göz yummağa davam etdik, çünki qlobal neft böhranı zamanı onların bizim yanımızda olmasına əmin olmaq istəyirdik”, – məlumatda deyilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33