Cümə, 29 Mart

Zelenski Putinlə görüşmək istəmədiyini dedi: “O heç kimdir” - FOTO

image

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə hər hansı sülh danışıqları üçün görüşməkdə maraqlı olmadığını bildirib. Zelenskinin sözlərinə görə, Putin onun üçün heç kimdir.

“Mənə maraqlı deyil. Görüşmək maraqlı deyil, danışmaq maraqlı deyil... Mən, həqiqətən, başa düşə bilmirəm ki, Rusiyada qərarları kim verir. Mən Rusiya ərazisində döyüşmək istəmirəm. Mən, sadəcə, istəyirəm ki, onlar mümkün qədər tez bir zamanda müharibəni dayandırsınlar və ölkəmizi tərk etsinlər. Sizə əminliklə deyə bilərəm ki, onlar ərazimizi tərk etsələr, müharibə dayanacaq. Bu qədər...” - deyə Zelenski “Sky News”a müsahibəsində sülh danışıqları ilə bağlı mövqeyini izah edib.

Xatırladaq ki, Kreml dəfələrlə Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan etsə də, bunun ancaq öz şərtləri çərçivəsində, yəni müvəqqəti işğal olunmuş ərazilərin ilhaqının tanınması halında mümkün ola biləcəyini bildirib.

Oktyabrın əvvəlində isə Zelenski Putinlə danışıqlara qadağa qoyub. Bu qərar Rusiyanın müvəqqəti işğal olunmuş ərazilərdə saxta referendum keçirməsindən sonra verilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45