Cümə axşamı, 18 Aprel

Krım müzakirəsi başladı - Rusiyadan necə geri alınacaq?

image

“Həm Vaşinqton, həm də Kiyev Krımın hərbi yolla geri alınmasının uğurlu olacağına inanmır”.

Xəbər verilir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazır.

“Bir çox ABŞ və Ukrayna rəsmilərinin fikrincə, Krım yarımadasını geri qaytarmaq üçün genişmiqyaslı əməliyyat real deyil. Qismən ona görə ki, Putin Krıma hücumun nüvə eskalasiyasına səbəb ola biləcəyinə işarə edib”, - Amerika nəşri bildirir.

Məqalədə qeyd edilir ki, ABŞ hökuməti Krımın azad olunması ilə bağlı ukraynalılarla eyni fikirdədir, amma Ukrayna bu məqsədlə yeni hücumlar üçün baza yaratmalıdır.

“Maraqlı düsturlardan biri siyasi nəzarətlə demilitarizasiya statusudur. Ukrayna rəsmiləri keçən il ABŞ administrasiyası ilə belə bir ehtimalı müzakirə ediblər”, - nəşr vurğulayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28