Çərşənbə, 24 Aprel

"Sədərək”də mağazaların bağlanması iddiasına RƏSMİ REAKSİYA: “Boşluqlar var”

image

Yerli mediada “Sədərək Ticarət Mərkəzi”ndə əksər mağazaların bağlanıldığına dair xəbərlər yayılıb.  İddialara görə, buna səbəb bazarda yoxlamaların aparılması olub.

Sözügedən iddialarla bağlı açıqlama verən  “Sədərək” ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimov yayılan iddiaların heç bir əsasının olmadığını deyib: “Bu, yanlış informasiyadır. Ticarət mərkəzinin ərazisində heç bir etiraz yoxdur. Dövlət Vergi Xidməti Respublika üzrə elektron xəritələrin yaradılması ilə bağlı tədbir keçirir. Bu tədbir bütün Respublikanı əhatə edir. “Sədərək” ticarət mərkəzi də bu Respublikanın tərkibinə daxildir. Hazırda vergi xidmətinin əməkdaşları “Sədərək” ticarət mərkəzindədirlər, daha sonra “Binə”yə də baxacaqlar”.

Kəmaləddin Qədimovun sözlərinə görə, hazırda televiziya nümayəndələri də çəkiliş aparırlar və heç bir etirazdan söhbət gedə bilməz: “Mağazalar isə bağlanmayıb və hamısı öz fəaliyyətini davam etdirir. Çatışmayan məsələlər və boşluqlar var. Dövlət Vergi Xidməti də ölkə üzrə bu tədbiri keçirir. Hər şey nizama düşəcək”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00