Cümə, 29 Mart

Putin Avrasiya İttifaqının prioritetlərini açıqlayıb

image

“Avrasiya İqtisadi İttifaqının (Aİİ) prioritetlərindən biri texnoloji potensialın inkişafı və bu sahədə əsl müstəqillik olmalıdır”.

Məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Aİİ-yə üzv dövlətlərin başçılarına müraciətində bildirib.

“İqtisadiyyatın avtomobil və kimya sənayesi, nəqliyyat mühəndisliyi, mikroelektronika, təyyarə istehsalı, gəmiqayırma, əczaçılıq, rəqəmsal ekosistemlər, alternativ enerji, kənd təsərrüfatı, mühəndislik, biotexnologiya və toxumçuluq kimi aparıcı sektorlarında qabaqcıl elmi-texniki həllərin işlənib hazırlanması və tətbiqində qüvvələri birləşdirməyi təklif edirik”, - deyə Rusiya dövlət başçısının Kremlin saytında yerləşdirilən müraciətində qeyd olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45