Şənbə, 20 Aprel

Gecəsi 3,7 milyonluq otel: Otaqlarda qızıl diş fırçası, daraq...

image

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən və artıq möhtəşəmliyi ilə bir çox xəbərlərə səbəb olan Atlantis The Royal Grand otelinin açılışına Beyonce, Kendall Jenner və Jay-Z kimi məşhurlar qatılıblar.

Xəbər verilir ki, dünən gecə yalnız VIP adlar üçün xüsusi şənliklə açılan Dubaydakı Atlantis Royal Grand oteli Beyonsun xüsusi səhnə şousu, gecəlik təxminən 160.000 funt dəyərində süitləri və qızıl diş fırçaları kimi dəbdəbəli detalları ilə seçilir. Dörd ildən sonra ilk dəfə səhnəyə çıxan və 1 saat üçün 24 milyon dollar qonorar alan Beyons otel açılışında ifası ilə yadda alıb. Qonaqların izləməsi üçün 4000 meduza olan bir metr hündürlüyündə akvariumdan başqa, oteldə səkkiz məşhur aşpazın iştirak etdiyi 17 restoran və bar var. Dörd hektar əraziyə yayılan otelin qonaqların Instagram-da paylaşması üçün xüsusi olaraq nəzərdə tutulduğu düşünülən çoxlu maraqlı məkanlar var.

43 mərtəbəli oteldə ən ucuz otaq gecəlik təxminən 1000 sterlin olarkən, qonaqların ehtiyaclarını qarşılamaq üçün 3 min adam çalışır. Oteldəki 795 otaqdan 44-də yüzlərlə metrlik sonsuzluq hovuzu var.

Beyons və ailəsinin qaldığı Royal Mansion adlı suitin qiymətinin təxminən 82 min dollar olduğu açıqlanıb. 22-ci mərtəbədəki suitin kinoteatr otağı, gözətçi otağı və öz hovuzu var. Daha çox otaq lazımdırsa, bu suitin yanında 15 otaq saxlanıla bilər. Amma bu halda bir gecəlik qiymət 160 min pounda qalxır.
Möhtəşəmliyi ilə göz qamaşdıran otelin müdiri Timoti Kelli verdiyi açıqlamada “Biz buna yüzdə bir sahə deyirik. Biz yalnız ən varlı məşhurlar və nüfuzlu şəxslər üçün xüsusi yer ayırdıq”. deyə bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20