Şənbə, 20 Aprel

Solovyov qəzəbləndi: “Axmaq Xruşşov, Qorbaçov və Yeltsin...”

image

Almaniya Kansleri Olaf Şolzun Qərbin Rusiyanın müharibədə qalib gəlməsinə imkan verməməsi barədə sözləri rusiyalı teleaparıcı Vladimir Solovyovu qəzəbləndirib.

Xəbər verilir ki, Kremlin təbliğatçısı qəzəb içində Berlinə qoşun yeridilməsini tələb edib.

“Berlinə qoşun göndərməliyik və onları heç vaxt geri çəkməməliyik. Makron, təkərli tankları təhvil verdin? Onda Parisə girməliyik”, - aparıcı deyib.

Solovyovun fikrincə, Avropa ölkələrinə qarşı çox yumşaq davranan keçmiş SSRİ-nin kommunist hökuməti də yanlışlığa yol verib.

"Axmaq Qorbaçov, Yeltsin! Qoşunlarımızı Şərqi Avropadan kim çıxardı? Axmaq Xruşşov Finlandiyadakı hərbi bazamızı bağladı! Bu adamların hamısı indi panikaya düşərdi, cır-cındır içində susardılar, heç bir sanksiya, heç nə olmazdı”, - Solovyov bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20