Cümə axşamı, 28 Mart

Rusiyanı tərk edən şirkətlərin sayı AÇIQLANDI

image

Ukraynadakı vəziyyət fonunda Aİ və G7 ölkələri şirkətlərinin 9 faizi Rusiya bazarını tərk edib.

Xəbər verilir ki, bu barədə Sankt-Qallen Universiteti İsveçrədən olan iqtisadçıların araşdırmalarına istinadən məlumat yayıb.

Bildirilib ki, bu barədə universitetin professoru Simon Evenett və Lozannada yerləşən Beynəlxalq İdarəetmə İnkişafı İnstitutunun alimi Nikkolo Pisani araşdırma aparıb.

Ekspertlərin fikrincə, Ukrayna müharibəsinə qədər Rusiyada Aİ və G7 ölkələrinin 1404 şirkətinin 2405 törəmə müəssisəsi fəaliyyət göstərib.

Keçən ilin noyabr ayının sonuna olan məlumata görə, onların 9 faizindən azı Rusiyadakı ən azı bir filialını tərk edib.

Məlumatlar göstərir ki, baş ofisi Aİ və G7-də olan çoxlu sayda şirkət Rusiyada fəaliyyət göstərməkdə və sərmayə qoymaqda davam edir.

Evenett və Pisaninin araşdırmasına görə, ABŞ-dan olan şirkətlərin 18 %-i, Yaponiya şirkətlərinin 15 %-i və Aİ ölkələrinin 8,3 % firmaları Rusiyanı tərk edib.

Rusiyada qalan Aİ və G7 ölkələrindən 19,5 % Almaniya, 12,4 % ABŞ, 7 % Yaponiya şirkətləridir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25