Şənbə, 04 May

Bakıda internetdə kütləvi problem yaşanır? - RƏSMİ CAVAB

image

Bakıda müxtəlif rayonlarda yaşayan vətəndaşlar gündəlik istifadə etdikləri internetin sürətində və keyfiyyətində problem yaşadıqlarını bildirirlər.

Bu barədə bir qrup vətəndaş "qaynar xətti"nə müraciət edərək problemin işıqlandırılmasını istəyiblər.

Mövcud vəziyyətlə bağlı olaraq rəsmi quruma müraciət etdik və internetlə bağlı yaranan problemin səbəbini öyrənməyə çalışdıq. "Aztelekom" MMC-dən sorğumuza cavab olaraq bildirilirdi ki, hazırda sürətli internetin təmin edilməsi istiqamətində işlər davam etdirilir:

“Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri həyata keçirir. Hazırda Bakı, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax daxil olmaqla, 60 rayon və şəhərdə GPON və digər genişzolaqlı texnologiyalarla sürətli internetin təmin edilməsi davam etdirilir.

“Aztelekom” MMC-yə və “Bakı Telefon Rabitəsi” MMC-ə internetin sürətinin azalması ilə bağlı kütləvi müraciət daxil olmayıb. Əgər fərdi halda hər hansı nasazlıq baş verərsə, “Aztelekom” MMC abunəçilərindən 170, “Bakı Telefon Rabitəsi” MMC isə abunəçilərindən 155 Çağrı mərkəzinə müraciət etmələrini xahiş edirik. Hər bir müraciət ən qısa zamanda araşdırılacaq və yaranmış problem aradan qaldırılacaq.

Sürətə gəlincə, abunəçilərə təklif olunan bir neçə tarif paketində onlar özləri sürəti seçmə haqqına sahibdirlər".

Qeyd edək ki, rəsmi quruma müraciət ünvanlanan zaman Yasamal və Abşeron rayonları üzrə problem yaşayan vətəndaşların ünvanları "Aztelekom" MMC-ə təqdim edilib və qurumun əməkdaşları adiyyəti ünvanlara gedərək problemin həlli istiqamətində işlər görüblər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15