Şənbə, 20 Aprel

Kadırovdan nüvə hədəsi: “Düyməni basıb cənnətə gedəcəyik”

image

Çeçenistanın rəhbəri Ramzan Kadırov yenə də səfsəfə dolu bəyanatlarla çıxış edib. 

Xəbər verilir ki, o, yerli televiziyaya verdiyi müsahibəsində qeyd edib ki, Rusiya böyük nüvə dövlətidir və müharibədə heç vaxt uduzmaz. 

Bundan əlavə, o, təhdidedici mesajlar verməkdən də çəkinməyib. 

“Biz düyməni basırıq və salam aleykum. Biz cənnətə gedəcəyik, onlar isə cəhənnəmə”. 

Xatırladaq ki, R.Kadırov bundan öncə də sensasion çıxışları ilə gündəm olmuşdu. Belə ki, o, ötən il çəkdiyi “yumoristik” çarxda guya Ukrayna prezidenti Volodimir Zelenskini əsir tutaraq Qroznıya gətirmiş və orada Zelenskinin Ukraynanın kapitulyasiya aktını imzalamasını lentə almışdı.

Həmin görüntləri təqdim edirik: 

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20