Cümə, 29 Mart

Bakıda gənc qızları 50 manata satan qadına cinayət işi açıldı

image

Bakıda gənc qızları fahişəliyə cəlb edən qadına cinayət işi açılıb.

Məlumata görə, A.İ. (ad şərtidir) Cinayət Məcəlləsinin 243.1-ci (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham olunur.

İş üzrə zərərçəkmiş qismində 33, 21, 31 və 25 yaşlarında olan 4 qız var.

İddiaya görə, 29 yaşlı A.İ “Whatsapp” tətbiqi vasitəsilə gənc qızları 50 manat qarşılığında kişilərlə görüşdürüb. Bu görüşlər müxtəlif ünvanlarda baş tutub.

Məhkəmənin qərarı ilə A.İ barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı davam edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45