Cümə axşamı, 25 Aprel

Rusiya və İran XİN rəhbərləri arasında danışıqlar təxirə salındı

image

Rusiya xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Hüseyn Əmir Abdullahyan arasında danışıqlar daha sonrakı tarixə təxirə salınıb.

Xəbər verilir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentindənbildirilib.

Nazirlərin görüşü yanvarın 17-də baş tutmalı idi.

Tərəflərin qarşılıqlı razılığı ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahyan arasında əvvəllər yanvarın 17-nə planlaşdırılan danışıqlar sonrakı tarixə təxirə salınıb. 

Departament nazirlərin danışıqlarının təxirə salınmasının səbəblərini açıqlamayıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin İran lideri İbrahim Rəisi ilə telefon əlaqəsi saxladığı bildirilib. Dövlət başçıları ikitərəfli əməkdaşlıq və beynəlxalq məsələləri müzakirə ediblər. Söhbət zamanı bir sıra yüksək səviyyəli ikitərəfli əlaqələr də qeyd olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33