Çərşənbə, 15 May

Doku Umarovun yaxın adamı ömürlük azadlıqdan məhrum edildi

image

Şimali Qafqazdakı kriminal birliyin rəhbəri Əli Taziyev cəzasını xüsusi rejimli koloniyada çəkməklə ömürlük həbs cəzasına məhkum edilib.

Xəbər verilir ki, bu hökmü Rostov-Dondakı Cənub Dairə Hərbi Məhkəməsi qəbul edib.

Ə.Taziyev İnquşetiya polislərinə, hərbçilərə və sakinlərə hücumlar törətməkdə ittiham olunur.

"Məhkəmə Əli Taziyevi təqsirli bilib və onu xüsusi rejimli koloniyada ömürlük həbs cəzasına məhkum edib", - TASS hakimin sözlərindən sitat gətirir.

Müstəntiqlərin fikrincə, yaraqlı Doku Umarovla birlikdə 2007-ci ilin oktyabrında kriminal birlik yaradıb və 2010-cu ilin iyun ayına kimi ona rəhbərlik edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00