Cümə, 29 Mart

Manaf Günelə göndərdiyi puldan danışdı

image

“Verilişdə dedilər ki, evinin borcu var. Kənarda qayıtdılar ki, nə əcəb Manaf kömək etmir. Cavab verdim ki, problem deyil, ödəyərəm. Günel yaxşı qızdır, Allah onun balasını gözünə çıraq etsin. Əslində elə orda etirazını bildirdi, yardım istəmədi”.

Aftafa.tv xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Hüseynova bacıları” verilişində deyib. Sənətçi həmkarı Günel Ələkbərovanın banka olan ev borcunu ödəməsi məsələsinə aydınlıq gətirib:

“Verilişdə dedim, iki-üç gündən sonra kömək edəcəm. Etiraz etdi ki, sevgilim, qohumum deyilsən, niyə kömək etməlisən. Götürmədi pulu. Sonra sürücüdən 2000 min göndərdim ki, banka ödəyib borcu bağlasın. Günel icazə verməyib, pulu qaytardı. Düşündüm ki, bəlkə məndən utanır. Günelə çox söz yazdılar, yəqin ona görə istəmədi. Hər qızın başı üçün deyil belə addım atmaq. Güneli çox istəyirəm, dostluğumuz yerindədir”.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45