Şənbə, 20 Aprel

Ukrayna Avropadan 4 min texnika alıb - Siyahı

image

Rusiyanın Ukraynaya qaşrı həyata keçirdiyi tammiqyaslı işğalından sonra Ukrayna avropalı müttəfiqlərindən 4000-dən çox müxtəlif texnika alıb.

Xəbər verilir ki, müvafiq siyahı “Bloomberg” jurnalistləri tərəfindən “Oryx” analitik saytının məlumatları və Ukrayna hökumətinin rəsmi açıqlamaları əsasında hazırlanıb.

Siyahıya elan edilmiş, lakin hələ çatdırılmamış avadanlıqlar da daxildir.

O cümlədən:

Polşa, Çexiya və Sloveniyanın Ukrayna Silahlı Qüvvələri (ZSU) üçün göndərdiyi sovet dövründən qalma 410 tank;

Böyük Britaniyanın 14 “Challenger 2” tankı;

Polşa və Almaniyanın “Leopard 2” tankları.

Qeyd edək ki, Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın müttəfiqlərinin müdafiə idarələrinin yeni iclası çərçivəsində ağır tankların təhvil verilməsi müzakirə olunacaq. Hazırda Berlin və Vaşinqton bu məsələni fəal şəkildə nəzərdən keçirir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20