Cümə, 26 Aprel

Tərtərdə müharibədə dağılan evlərin bərpasına 1,5 milyon manat ayrılıb

image

Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması üzrə növbəti tender keçirilib.

Xəbər verilir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin keçirdiyi tenderin qalibi “Real-İnşaat” MMC seçilib.

Qalib şirkətlə tikinti və bərpa işlərinin həyata keçirilməsi üçün 1 milyon 499 min 898 manat həcmində müqavilə bağlanılıb. Şirkət müqavilə üzrə bu il iyun ayının sonuna kimi işləri yekunlaşdırmalıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33