Şənbə, 04 May

Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi təşkilat ofisdən çıxarıldı

image

İctimai fəal Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi İctimai-Siyasi İnstitut ofisdən çıxarılıb.

Xəbər verilir ki, bu barədə Müdafiə Xətti hüquq müdafiə təşkilatının həmtəsisçisi Zaur Əkbər məlumat yayıb.

“Caspian Plaza”nın rəhbərliyi adından yanvarın 11-də bildirilib ki, ofisi tərk etmək lazımdır.

Qeyd edək ki, ictimai fəal Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamı qəbul etmir. O, məhkəmə qərarına etiraz olaraq 14 gün aclıq keçirib və yanvarın 5-də aclığı dayandırıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib və indi aclığı davam etdirir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15