Bazar, 05 May

Avropalıların 93 faizi ərzaq və enerji qiymətlərinin artmasından narahatdır

image

Avropa sakinlərinin təxminən 93 faizi ərzaq məhsulları və enerji daşıyıcılarının bahalaşmasından narahatdır.

Xəbər verilir ki, bu barədə məlumat Avropa Parlamentinin “Eurobarometer” sosiologiya xidmətinin ittifaq daxilində keçirdiyi rəy sorğusunun nəticələrində əksini tapıb.

Məlumata görə, sosioloji rəy sorğusu 2022-ci ilin oktyabr-noyabr aylarında aparılıb və Avropa İttifaqının 27 ölkəsində 26 mindən çox insanı əhatə edib. Qiymət artımından ən çox narahatlıq Yunanıstanda (100 faiz), Kiprdə (99 faiz), İtaliyada və Portuqaliyada (hər birində 98 faiz) qeydə alınıb. Narazılıq respondentlərin cinsindən və yaşından, həmçinin təhsil səviyyəsindən və peşəsindən asılı olmayaraq bütün sosial-demoqrafik kateqoriyalarda hiss olunur.

Vətəndaşları qiymət artımı ilə yanaşı, yoxsulluq və sosial təcrid təhlükəsi də narahat edir. Bu, respondentlər arasında narahatlığa səbəb olan ikinci səbəbdir (82 faiz).

Eyni zamanda, avropalıların yalnız üçdəbiri hökumətin yaşayış xərclərinin bahalaşması ilə mübarizə tədbirlərini dəstəkləyir. İqtisadi böhranın fəsadları vətəndaşların maddi vəziyyətində özünü getdikcə daha çox hiss etdirir. Avropa İttifaqı sakinlərinin 46 faizi hesab edir ki, koronavirus pandemiyası, geosiyasi vəziyyət və bahalaşmanın təsirləri səbəbindən həyat standartları aşağı düşüb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15