Cümə, 03 May

Tanınmış politoloqdan İrana ağır ittihamlar -Video

image

Elçin Mirzəbəyli: “Azərbaycan ordusunun darmadağın etdiyi istehkamların inşa olunmasında iranlı mütəxəssislərin iştirakı, sement və inşaat materiallarının da İrandan gətirilməsi ilə bağlı çoxsaylı məlumatlar var”

“Azərbaycan ərazilərində yaşayan ermənilərə Rusiya sülməramlılarının iştirakı ilə İrandan müxtəlif yüklərin daşınması, özü də “humanitar yardım” adlandırılan bu yüklərin Ermənistan ərazisindən daşınması ciddi şəkildə araşdırılmalı və təkrarlanmaması üçün müvafiq tədbirlər həyata keçirilməlidir”. Bu barədə politoloq Elçin Mirzəbəyli açıqlamasında bildirib. Elçin Mirzəbəyli hesab edir ki, bu cür yüklərin daşınması həm də rus “sülhməramlı”ların şəxsi maraqlarından qaynaqlana bilər: "Çünki Qarabağ müharibəsində biz Rusiya hərbçilərinin bölgədə hansı oyunlardan çıxdığının, zabit şərəfini ucuz tutaraq, silah alverindən benzin alverinədək hər işlə məşğul olduğunun şahidi olmuşuq. Bu yüklərin daha yüksək səviyyədə razılaşdırılaraq Azərbaycan ərazilərinə daşınması da mümkündür. Buna görə də, şübhəsiz ki, həm İran, həm də Rusiya tərəfi məsuliyyət daşıyır. Bütün hallarda baş verənlər ciddi şəkildə araşdırılmalı və təkrarlanmaması üçün müvafiq tədbirlər həyata keçirilməlidir".

http://aftafa.tv/M0/1/2021/05/images/20210504_162841_1620131321_29e6038fc3.jpg

Elçin Mirzəbəyli

Politoloq xatırlatdı ki, Vətən müharibəsindən öncə də İran həmin dövrdə işğal altında olan Azərbaycan ərazilərinə Ermənistan və Azərbaycanın Zəngilan və Cəbrayıl ərazisi ilə qanunsuz yüklər göndərirdi. İran şirkətləri ərazilərimizdə gizli və qanunsuz şəkildə sahibkarlıq fəaliyyəti, təbii ehtiyatlarımızın istismarı ilə məşğul olurdular: “Bununla yanaşı, Azərbaycan ordusunun darmadağın etdiyi istehkamların inşa olunmasında iranlı mütəxəssislərin iştirakı, sement və inşaat materiallarının da İrandan gətirilməsi ilə bağlı çoxsaylı məlumatlar var. Təsadüfi deyil ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan, həmçinin müharibə canisi Robert Köçəryan Azərbaycan torpaqlarının işğal edildiyi illərdə İranla Ermənistan sərhədini “həyat yolu” adlandırırdılar.

Bu baxımdan, İranın riyakar siyasətində bu kimi halların baş verməsi təəccüb doğurmamalıdır. İran siyasətçilərinin nə deməsindən asılı olmayaraq, bu ölkənin dini-siyasi dairələrinin şüuruna hakim kəslimiş ultramillətçi, panfarsist, paniranist ideologiyası, əsassız türk düşmənçiliyi mövcuddur, sərhədləri yaxınlığında dünyəvi, çağdaş və güclü Azərbaycan dövlətinin olmasında maraqlı deyil. Bunu görmək üçün çürüməkdə olan rejimlə bağlı xüsusi araşdırmaya ehtiyac yoxdur, hər şey göz önündədir”.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15