Şənbə, 04 May

Azad Rəhimovun yerinə kim təyin olunur? -  İddia

image

Son günlərdə Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun rəhmətə getməsindən sonra bu posta kimin təyin olunacağı sual altındadır. Yeni nazirin kim olacağı ilə bağlı müzakirələr isə davam edir. Əldə etdiyimiz məlumata görə, Azad Rəhimovun yerinə təyin olunacaq bir neçə namizədin adı çəkilir. Bu namizədlər arasında xüsusilə Elnur Allahverdiyevin adının hallanması diqqət çəkir. 

Qeyd edək ki, 43 yaşlı Elnur Allahverdiyev Bakı şəhərində anadan olub. O, 2001 və 2020-ci illər arasında “ABC-Telecom” MMC-nin baş direktoru vəzifəsini icra edib. Bu şirkət eyni zamanda “Kontakt Home” mağazalar şəbəkəsinin sahibidir. Elnur Allahverdiyev 26 mart 2018-ci ildən etibarən "Azərcell" MMC-nin Müşahidə Şurasının Sədri vəzifəsini də icra edir.

O, 2020-ci ildə keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi Yasamal III seçki dairəsində millət vəkili seçilib. 2020-ci il martın 10-dan öz səlahiyyətlərinin icrasına başlayan Elnur Allahverdiyev, Milli Məclisin gənclər və idman Komitəsinin, iqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin, habelə Hesablayıcı Komissiyasının üzvüdür. 

Elnur Allahverdiyevin yaxın günlərdə boş qalmış nazir postuna təyin olunacağı ehtimal olunur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15