Cümə axşamı, 25 Aprel

İranda etirazlar alovlanır- Bu şəhərlərdə aksiya keçirilib- SİYAHI 

image

İranda molla rejiminin əleyhinə olan aksiyalar davam edir.

Xəbər verilir ki, ötən gün aksiyalar İranın Buşehr, Həştgerd, Rəşt, İlam, Tehran, Məşhəd  və bir sıra şəhərlərində davam edib:

Etirazlarda “Edam respublikasına ölüm!”, “Hər öldürülən adamın arxasında minlərlə adam var!”, “Bəsic, SEPAH, sən bizim İŞİD-imizsən!"  “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”  və digər şüarlar səsləndirilib. 

Tehranın Yusifabad qəsəbəsində əhali molla rejiminə qarşı şüarlar səsləndirir: "Diktatora ölüm!";

SEPAH-ın raketlə vurduğu Ukrayna təyyarəsi qurbanlarının intiqamını alacaqlarını mesaj verənlər plakat asıblar. Piyada keçidindən asılmış plakatda yazılıb: "Nə bağışlayırıq, nə də unuduruq!";

 “Həftəpə” və “Kağəzpars” şirkətlərinin təqaüdçüləri Şuş qəsəbəsində Sosial Təminat İdarəsinin qarşısına toplaşaraq, yaşayış şəraitinin pis olmasına və tələblərinin yerinə yetirilməməsinə etiraz məqsədilə aksiya keçiriblər;

Sura Universitetinin öyrənciləri edamlara qarşı aksiya keçiriblər. Tələbələr "Bəsic, SEPAH, sən bizim İŞİD-imizsən" anti-hökümət şüarları səsləndiriblər;

Tehran Universitetinin mühafizəçiləri tərəfindən Gözəl Sənətlər kampusunda tələbələr döyülüb. Mühafizəçi Ukrayna təyyarəsi qurbanlarının xatirə lövhəsini sındıraraq tələbələrdən birini qaçırıb. Tələbələrin şüarı isə  “Bişərəf!, Bişərəf!” olub;

Xacə Nasir Universitetinin İnşaat Mühəndisliyi və Xəritəçəkmə Fakültəsinin  tələbələri Ukrayna təyyarəsinin vurulması qurbanlarının xatirəsinə “Üçün” mahnısının oxunması.

Cəmaran Universitetinin qız tələbələri üçün yataqxanasında etiraz şüarları səsləndiriblər: “Hər öldürülən adamın arxasında minlərlə adam var!

Sadiqiyyə bölgəsində Məhəmməd Mehdi Kərmi və Seyid Məhəmməd Hüseyninin edam gecəsində etirazçılar tərəfindən “Qatil Xamneyiyə ölüm” şüarı səsləndirilib:

Yaxçıabad bölgəsində hökumət bayrağı yandırılıb;

Pasdaranda məhəlləsində insanlar gecə etirazları zamanı “ Xamneyiyə ölüm!”, “Diktatora ölüm!”, “Körpə öldürən hökumətə ölüm!” şüarları səsləndirilib.

Fars əyaləti:

Şirazın Sədra rayonunda etiraz aksiyası keçirilib.

Gilan əyaləti:

Bəndər Ənzəlidən bir neçə nəfər qiyamın qurbanlarından olan Mehran Sumakın 40 mərasimində iştirak etmək istədikdən sonra hökumət qüvvələrin hücumuna məruz qalıb və güllələnib. Qeyd edək ki, etirazçılar “Edam respublikasına ölüm!” şüarı səsləndiriblər.

Xorasan-Rzavi əyaləti:

Məşhəd şəhərində SEPAH-ın Qüds qüvvələrinin öldürülmüş komandanı Qasim Süleymaninin baneri hökumətin repressiyalarına etiraz məqsədilə etirazçılar tərəfindən yandırılıb.

İlam əyaləti:

Abdanan şəhərində də etiraz aksiyası keçirlib.

İsfahan əyaləti: 

İsfahanda hökümətə qarşı aksiya keçirilib. Etirazçılar “Hər öldürülən adamın arxasında minlərlə adam var!”, "Sən əxlaqsızsan! Sən şərəfsizsən! Mən namuslu qadınam!” şüarları səsləndiriblər.

Kürdüstan əyaləti:

Sənəndəc şəhərində Gənc qız üzərində "Kürdlər və bəluclar qardaşdır, rəhbərin (Xameneyi) qanına susamışdır" və "Zahidan tək deyil, Kürdüstan onun dayağıdır" yazılmış plakatı nümayiş etdirib.

Sahibkarlar mağaza və iş yerlərini bağlayaraq tətil keçiriblər. "Edama yox!”, “İslam Respublikasına yox!" şüarları səsləndiriblər.

Saqqız şəhərində də hökumət əleyhinə etiraz askiyası keçirilib.

Xuzistan əyaləti:

Əhvaz Xüsusi təyinatlı dəstələr hazırda Əhvaz şəhərinə doğru hərəkətə keçib.

Qəzvin əyaləti:

Qəzvin şəhərindən olan müəllim və Qəzvin əyaləti üzrə Müəllimlərin Həmkarlar İttifaqının keçmiş sədri Rəhim Sərkar 1 il azadlıqdan məhrum edilib.  Bununla yanaşı, azərbaycanlı müəllim cərimə edilib və 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulub.

Qum əyaləti:

Qum şəhərində etirazçılar “Bəsic" qüvvələrinin bazasına Molotov kokteylləri ilə yandırıblar.

Sistan-Bəlucistan əyaləti: 

Zahidan şəhərində etirazçılar küçələrə axışaraq rejimə qarşı və şəxsən İranın dini rəhbəri Əli Xameneyinin əleyhinə şüarlar səsləndiriblər: "Nə şah, nə dini rəhbər, demokratiya və bərabərlik" .

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33