Çərşənbə, 24 Aprel

Azərbaycanda bu marşrut sürücüləri işə çıxmaqdan imtina ediblər 

image

Sumqayıtda 10A saylı marşrut xətti üzrə fəaliyyət göstərən avtobusların sürücüləri bu gün səhər saatlarında işə çıxmaqdan imtina ediblər. Nəticədə əksər sərnişinlər səhər saatlarında yolda qalıblar. Sürücülər iddia edirlər ki, gündəlik planın məbləği yüksəkdir.

Məlumata görə, ümumilikdə xətt üzrə 30 sürücü var. Bu gün onlardan 14-ü işləməli imiş. Sürücülər iddia edirlər ki, ödəməli olduqları gündəlik planın məbləği yüksəkdir. Buna görə də işə çıxmaqdan imtina ediblər.

Belə vəziyyətdə ən çox əziyyət çəkən isə sərnişinlər olub.

Məsələ ilə bağlı “Nəqliyyat MMC-1”in qaraj rəisi Sirac Səfərov bildirib ki, sürücülərin bu addımından xəbər tutan kimi onları idarəyə dəvət edərək görüş keçiriblər. Şikayətləri dinlənilib. Qərara alınıb ki, gündəlik planda güzəşt edilsin.

Həmçinin sürücülərlə bildirilib ki, gündəlik planın həcmi onları qane etmirsə, başqa xətt üzrə fəaliyyət göstərən avtobusda çalışa bilərlər. Lakin onlar bununla razılaşmayıblar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37