Cümə axşamı, 25 Aprel

Belarusda Nobel Mükafatı laureatının məhkəməsi başlayıb

image

Minskdə Nobel Sülh Mükafatı laureatı Ales Belyatskinin məhkəməsi başlayıb.

İstintaqın məlumatına görə, Belyatski “Vesna” hüquq müdafiə mərkəzinin işindən qeyri-qanuni gəlir əldə edib.

Hüquq müdafiə təşkilatının Belarus ərazisində rəsmi qeydiyyatı olmayıb. Bütövlükdə, Belyatskinin vergi ödəmələri üçün 113 min Belarus rublu borcu olduğu iddia edilir.

Belyatskinin ilə birlikdə Valentin Stefanoviç və Vladimir Labkoviç müttəhimlər kürsüsündə əyləşib. Digər təqsirləndirilən Dmitri Solovyov isə qiyabi mühakimə olunacaq.

Onların hamısı qaçaqmalçılıqda, ictimai asayişi kobud surətdə pozan aksiyalar təşkil etməkdə ittiham olunurlar.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Belyatski Nobel Sülh Mükafatına layiq görülüb. Mərasim Osloda baş tutub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33