Cümə axşamı, 25 Aprel

Xankəndi ilə bağlı ŞOK XƏBƏRDARLIQ: Başıpozuq dəstə 2025-ci ilə qədər...

image

"Mənim Xankəndi ilə bağlı hər hansı narahatlığım yoxdur. Xankəndi mütləq mənada Azərbaycanın yurisdiksiyasına qayıtmalıdır və qayıdacaq. Burada sadəcə vaxt söhbəti var". 

Xəbər verilir ki, bu sözləri Musavat.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib. 

"İstərdim ki, bu məsələ çox uzanmasın və tez bir zamanda biz Xankəndi üzərində öz suverenliyimizi bərpa edək. Bunun üçün çox böyük güc və yaxud vaxt lazım deyil. Burada əsas amil ermənilərdən də çox Rusiya faktorudur. Rusiya bu məsələnin həllini istəmir. Necə ki, 2022-ci ildə imkan vermədilər sülh müqaviləsi imzalansın, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilsin. İmitasiya etdilər və bu məsələ öz həllini tapmadı. Məni narahat edən odur ki, Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə separatçılara, o cümlədən Ermənistanın planlarını reallaşdırmaq üçün silah-sursat, minalar daşınır. Bunlar sabah Azərbaycan ordusuna, Azərbaycan insanına qarşı işlədilməsi üçün ora daşınır. Azərbaycan bu məsələni dəfələrlə ən yüksək səviyyədə səsləndirsə də, nə Rusiya, nə də Ermənistan tərəfindən hər hansı bir açıqlama gətirilib.

Gün ərzində Rusiya sülhməramlılarının avtomobilləri Xankəndi-Laçın yolundan çox rahat şəkildə hərəkət edirlər. Kim zəmanət verə bilər ki, sülhməramlı adı altında olan başıpozuq dəstə general Volkovun göstərişi ilə ora silah-sursat, ərzaq, yanacaq daşımır.

Əgər bütün yollar bağlıdırsa, separatçılar 22 gündür hansı yanacaqla orada öz günlərini yola verirlər? Yaxud ərzaq məsələsini necə həll edirlər? Aydın məsələdir ki, sülhməramlılar bu işdə fəallıq göstərirlər. 2025-ci ilə qədər onlar orada çox yaramazlıqlar edə bilərlər. Biz məsələnin uzanmaması üçün lazımi addımları atmalıyıq, lazım olan qərarları verməliyik. Nə qədər üstümüzə gəlsələr də, biz milli maraqlarımızı əsas tutaraq bu məsələni həll etməliyik", - ekspert qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33