Cümə, 03 May

Bakıda kafe və restoranlarda qiymətlər artdı

image

Bakıda fəaliyyət göstərən restoranlarda qiymətlər günü-gündən artmaqda davam edir.

Məlumata görə, artım xüsusilə bayram günləri daha çox hiss edilir.

Müştərilər deyirlər ki, kabablar və digər qidalar kəskin bahalaşıb.

Bundan başqa, bəzi restoranlar depozit tələb edirlər ki, bu da həddindən artıq yüksək olur.

Restoran müdiri Fərid Adıgözəlov obyektdə depozit olmadığını deyir. O, buna baxmayaraq, bahalaşmanın olduğunu və onun səbəblərini açıqlayıb.

Bildirilib ki, restoranda müştərilərə verilən meyvə-tərəvəz, eləcə də ətlərin ən keyfiyyətlisi seçilir. Bu da qiymətin daha yüksək olmasının səbəbidir.

Həmçinin işçi xərclərinin də günü-gündən artdığı bildirilir.

Restoran işlədən şəxslər deyirlər ki, qida məhsullarının qiyməti daha da artarsa, yeməklərin bahalaşması davam edəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15