Bazar, 12 May

Nazir getdi, müəmmalı yoxlama başa çatdı

image

Mədəniyyət Nazirliyinin Kukla Teatrında apardığı yoxlama başa çatıb.

Bu barədə açıqlamasında Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədov deyib.

Direktor bildirib ki, nazirliyin apardığı yoxlama ilə bağlı teatra akt verilməlidir:

“Bir həftədən çoxdur nazirlikdən teatra gələn yoxdur. Yoxlama ilə bağlı sonda akt yazılmalı və onu bizə bildirməlidirlər. Amma hələ bu günə kimi aktdan bir xəbər yoxdur, gözləyirik”.

Qeyd edək ki, bir aya yaxındır Mədəniyyət Nazirliyi Kukla Teatrında yoxlamalara başlayıb.

Teatrın rejissoru Səidə Haqverdiyeva Mədəniyyət Nazirliyini tənqid edəndən sonra nazirlik sözügedən teatr ocağına yoxlama təyin edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 22 dekabr 2022-ci tarixli Sərəncamı ilə mədəniyyət naziri Anar Kərimov vəzifəsindən azad edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44