Cümə, 19 Aprel

İranda aksiyalarda qətlə yetirilənlərin 40 mərasimləri etirazlarla qeyd olunub

image

İranın və Güney Azərbaycanın bir sıra şəhərlərində rejimin hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilən dinc etiraz aksiyaları iştirakçılarının ölümünün 40 günündə mitinq və yürüşlər keçirilib.

Xəbər verilir ki, məlumatı İrana bağlı kütləvi informasiya vasitələri yayıb.

Güney Azərbaycanın Məlikkənd şəhərində keçirilən etiraz aksiyaları zamanı Tehran hakimiyyətinin hərbi-polis qüvvələri tərəfindən öldürülən Aylar Həqqinin 40 mərasimində atası qızının mübarizəsini davam etdirəcəyini, qatillərinn cəzalandırılacağını bildirib. Qeyd edək ki, Tibb Elmləri Universitetinin 4-cü kurs tələbəsi, 23 yaşlı Aylar Həqqi noyabrın 12-da Təbrizdə İranın hərbi-polisi tərəfindən qətlə yetirilib. Rejim qüvvələri onu çoxmərtəbəli binadan atıblar.

40 mərasimləri İranın başqa şəhərlərində, o cümlədən Tehran əyalətinin Behişte Zəhra, Güney Azərbaycan Soyuqbulaq, Bəykəndi şəhərlərində, habelə Sistan-Bəlucistan əyalətlərində də qeyd edilib.

Aksiya iştirakçıları “Xameneiyə ölüm, diktatora ölüm!”, “Türklər, kürdlər, bəluclara bərabərlik!”, “Şəhidlər ölməz!” şüarları səsləndiriblər.

Güney Azərbaycanın Zənqan (Zəncan) şəhərinin Apellyasiya Məhkəməsi idmançı Mina Əlixani barəsində çıxarılan 1 il həbs və 74 şallaq cəzasını qüvvədə saxlayıb.

İranın Hörmüzqan əyalətində polisin minik avtomobilinə açdığı atəş nəticəsində 12 yaşlı Səha Etibari adlı yeniyetmə qız ölüb. Hadisə əyalətin Lamərd-Bəstək yolunda baş verib. Hakimiyyət nümayəndəsi maşında narkotik daşındığını iddia edib.

Bu arada, İranda etiraz aksiyasının iştirakçıları rejimin simvollarını yandırdıqları üçün onları küçə və meydanlardan yığışdırırlar.

Yanvarın 3-də İnqilab Keşikçiləri Qvardiyasının xaricdə fəaliyyət göstərən “Qüds” qoşunlarının öldürülən komandanı Qasım Süleymaninin ölmünün ikinci ildönümü olacaq. Rejimə etiraz edən aksiyaçılar onun baner və heykəllərini də yandırır, cırırlar. Ona görə də İranın bütün şəhərlərində Qasım Süleymaninin banerlərinin təmizlənməsi kampaniyası başlayıb.

Tehranda azadlıqsevər aksiyaçılar hökumət banerinin üzərinə inqilabçı şüarlar yazılmış plakat asıblar: “Şücaətinizi artırın! Dostlarımızın qanına and içirik ki, sona qədər mübarizə aparacağıq!”, “Bura Tehranın Vəli-Əsr küçəsidir. Xamenei, sonun çatıb!”.

İranın rəsmi mənbələrinn yaydığı məlumata görə, xarici turistlərin 80 faizi mövcud vəziyyətlə əlaqədar səyahətlərini təxirə salıb.

Məlumatlara əsasən, aksiyalar zamanı 500-dən çox etirazçı rejimin hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilib. Onların 64-ü qadın, 34-ü isə uşaqdır

Sistan-Bəlucistan əyalətinn mərkəzi Zahidan şəhərinn imamcüməsi Əbdülhəmid İsmayılzahi tiviter səhifəsində həbs olunan qadınların işgəncəyə və cinsi zorakılığa məruz qaldıqlarını yazıb: “Kim düşünərdi ki, alimlərin başçılıq etdiyi və İslam Respublikası adlanan bir sistemdə etirazçıların səsini eişitməkdənsə, onları qətl edəcəklər, dar ağacından asacaqlar, işgəncəyə məruz qoyub, təcavüz edəcəklər. Bu ağır deyilmi?!”

Bildirilib ki, azından Tehran, Kərəc, Məşhəd, Amol, İsfahan, Sənəndəc şəhərlərindəki həbsxana və müvəqqəti təcridxanalarda İranın güc strukturlarının nümayəndələri etiraz aksiyasında iştirak edənlərə seksual qısnama tətbiq edirlər.

İran İnsan Hüquqları Müdafiə Mərkəzi də aksiyalarda saxlanılan qadınların seksual təcavüzə məruz qaldıqları barədə məlumat yayıblar.

“New York Times” qadınların təcavüzə məruz qalmasından bəhs edərək yazıb: “İffətə xidmət etmək istəyən İran hakimiyyəti qadınları zorlayır”.

CNN isə iki aylıq araşdırmanın nəticəsi olaraq qeyd edib ki, etiraz aksiyasında iştirak etmiş qadın və kişilərə qarşı 11 seksual zorakılıq hadisəsi qeydə alınıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20