Cümə axşamı, 25 Aprel

Yeni ildən Azərbaycanda çörək bahalaşacaq?

image

“Statistikaya görə, kənd təsərrüfatı məhsullarının istehsalı çoxalıb. Amma bu ilin 11 ayı ərzində Azərbaycana 2 milyard 88 milyon dollarlıq ərzaq və kənd təsərrüfatı məhsulları daxil olub. Bu, ötən illə müqayisədə 20 faiz çoxdur. Nə qədər irəliləyiş qeydə alınsa da, biz bu istiqamətdə xaricdən asılılğı artırmışıq. Ümumi mənzərə iqtisadiyyatın inkişafını xarakterizə etsə də, bizim iqtisadiyyatımız digər ölkələrlə müqayisədə geridə qalıb”. 

Bu sözləri iqtisadçı-ekspert Akif Nəsirli 2022-ci ilin iqtisadi yekunları haqda danışarkən bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə pandemiya ilə əlaqədar iqtisadiyyatda başlayan tənəzzül 2022-ci ildə müəyyən irəliləyişlə əvəz olunub:

"İqtisadi göstəricilərdə yüksəlişə nail olunması neftin dünya bazarında qiymətinin yüksək olması ilə bağlıdır. Azərbaycanda pandemiya dövründə daha çox xidmət sahələri əziyyət çəkirdi. Biz pandemiyadan sonra müxtəlif sahələri dünyanın digər ölkələrində olduğu kimi inkişaf etdirə bilmirik. Xüsusilə, turizm sahəsini vurğulamamaq lazımdır. Turizm sahəsindəki inkişafı hələ 2019-cu ilin 31 dekabr səviyyəsinə qaytara bilməmişik. Gürcüstana səfər edən turistlərin və daxili turizmin səviyyəsi 2019-cu ilin 31 dekabr ilə müqayisədə 6-7 dəfə artıb, Ermənistanda isə 8 dəfə artıb. Azərbaycanda isə bu göstərici 2019-cu ildəkindən 5 dəfə aşağı düşüb".

İqtisadçı Azərbaycanda son 30 ildə ucuzlaşma müşahidə edilmədiyini vurğulayıb:

"Buna səbəb monopoliyasının mövcudluğu, ölkədə bazar iqtisadiyyatında rəqəbət mühitinin zəif olmasıdır. Bazarın başlıca tənzimləyici aləti rəqabətdir. Azərbaycanda isə bazar rəqabəti yoxdur. Rəqabət qiymətlərin aşağı düşməsi, keyfiyyətin isə yüksəlməsinə stimul yaradır. Azərbaycanda isə ildən-ilə keyfiyyət aşağı düşür, qiymətlər isə qalxır. 2023-cü ildə də bu tendensiya davam edəcək. Taxıl istehsalında 15-20 faiz məhsuldarlıq çoxdur. Ola bilsin, buğda, çörək və unun qiyməti sabit qalsın. Amma digər məhsulların qiyməti bahalaşa-bahalaşa gedəcək”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33