Şənbə, 04 May

Armen Sərkisyana cinayət işi açıldı – Sənəd saxtakarlığı

image

Ermənistanın Baş Prokurorluğu prezident Armen Sərkisyanın ikili vətəndaşlıq faktının gizlədilməsi ilə əlaqədar cinayət işi açıb.

Xəbər verilir ki, bu barədə Ermənistanın Vəkillər Palatasının rəhbəri Ara Zöhrabyan “Facebook” səhifəsində məlumat verib.

Martın 30-da 53 vəkilin Ermənistan prezidenti Armen Sərkisyanın ikili vətəndaşlığının olması faktının gizlədilməsi ilə əlaqədar cinayət barədə hesabat təqdim etdiyi məlum olmuşdu. Xüsusi İstintaq Xidməti cinayət işi qaldırmaqdan imtina etmiş, vəkillər də bu qərardan apellyasiya şikayəti vermişdilər.

“Baş Prokurorluq bizim şikayətimiz əsasında Xüsusi İstintaq Xidmətinin qərarını ləğv edib və Cinayət Məcəlləsinin 325-ci maddəsinin 1-ci hissəsi (sənədlərin saxtalaşdırılması, icrası və ya istifadəsi) üzrə işə başlayıb”, - Zöhrabyan yazıb.

Onun sözlərinə görə, prokurorluğun qərarında iddiaçıların Armen Sərkisyanın Britaniya vətəndaşlığına 2011-ci ildə deyil, daha sonra xitam verilməsi barədə fərziyyələrinin qanuni olduğu qeyd edilib.

Qeyd edək ki, 53 vəkilin müraciətində Armen Sərkisyanın Ermənistan prezidenti seçilərkən Britaniya vətəndaşı olduğu qeyd olunur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15