Cümə, 26 Aprel

Pediatr uşaqlar üçün ən təhlükəli oyuncaqları sadaladı

image

Rusiyalı pediatr Olqa Tatarkina uşaqlar üçün təhlükəli oyuncaqları sadalayıb.

Ekspertin fikrincə, ilk növbədə, oyuncaqlar yaşa uyğun olmalıdır. Məsələn, bir yaşından kiçik uşağa kiçik detalları olan konstruktor verilməməlidir. Çünki bu, heç bir fayda gətirməyəcəkdir. Əksinə, körpə həmin kiçik detalları uda bilər.  Əgər uşaq bir neçə kiçik maqnit udsa, onları ancaq cərrahi yolla çıxarmaq olar.

“Bütün yaşda olan uşaqlar üçün silah heç də yaxşı hədiyyə deyil. Gülləli pnevmatik tapançalar, arbaletlər, iti ucları olan oxlar, yaylar, qılınclar, xəncərlər kifayət qədər travmatikdir və uşaqların sağlamlığına ciddi ziyan vura bilər.

Həkimin sözlərinə görə, pərli oyuncaqlar da təhlükəlidir. Onlar işə salındıqda uşağın üzünü və ya gözlərini zədələyə bilər.

“Uşağınızın psixikasına zərər vermək istəmirsinizsə, bədheybətlər şəklində oyuncaqlar almayın. Musiqi alətləri də xeyli təhlükə yaradır. Tütək, fit kimi oyuncaqlar alarkən onların səsinin icazə verilən 65 desibel həddinədək olmasına diqqət yetirmək lazımdır. Əks halda uşağın eşitmə qabiliyyəti pozula bilər”, - deyə ekspert xəbərdarlıq edib.

Bundan əlavə, Tatarkina müxtəlif səslər çıxaran parlaq, yanıb-sönən, parıldayan oyuncaqların da zərərli olduğunu bildirib. Belə ki, onlar hisslərin həddindən artıq stimullaşdırır, nitqin inkişafını ləngidir və uşağın psixi sağlamlığını pozur.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33