Cümə, 29 Mart

“İranın agentləri ilə...” - Rəsul Quliyevdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA

image

“Vasif Talıbovu Naxçıvan Ali Məclisinin sədri olandan sonra 1-2 dəfə görmüşəm. Talıbov danışanda belə qənaətə gəldim ki, onda prosesləri analiz etmək qabiliyyəti zəifdir, müasir həyatdan uzaq bir şəxsdir”.

Xəbər verilir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev “LAF TV”yə müsahibəsində bildirib.

“Demişəm ki, bu adam o səviyyəyə layiq deyil. Bir dəfə onu qəbul etdim, dinlədim. Açığı, cəhd də etmədim ki, izah edəm yolu düz deyil... Gördüm, elə adamdır ki, belə izahat lazım deyil, onsuz da anlamayacaq. Sonralar bəzi hərəkətləri ilə bağlı məlumatlar aldım, təndirdə çörək bişirməyi qadağan etmək və s. Özünü “xan” kimi aparırdı, “Naxçıvanın xanı” deyirdilər... Prezident İlham Əliyevin Naxçıvanda həyata keçirdiyi islahatlar zamanında atılmış bir addımdır. Bəzi qurumların Bakıya tabe etdirilməsi mühüm məsələdir. Bu, hələ islahatların başlanğıcıdır.

Naxçıvanın muxtar respublika statusu ləğv edilməlidir, Azərbaycan, sözün həqiqə mənasında, unitar dövlətə çevrilməlidir. Naxçıvan İranın agentləri ilə dolub, təmizləmək lazımdır. Vasif Talıbov korrupsiya və rüşvətxorluğu yüksək səviyyədə həyata keçirib, çalışıb ki, gizli saxlasın. Onun “vurulma” səbəblərindən biri də budur. Qiyam və s. işləri təkbaşına bacarmaz, əlindən gəlməz. O başqa məsələdir ki, İranın təsiri altında özündə qüvvə hiss etsin. Ağlı kifayət qədər deyil ki, anlasın, bu zərərlidir, onsuz da baş tutmayacaq”, - R.Quliyev qeyd edib.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45