Çərşənbə, 24 Aprel

DİKTATURANIN ömrünə az qalsa da, MOLLA düz YOLA gəlmir - ŞƏRH

image

İranda Xomeyni və Xameneinin şəkilləri xalq tərəfindən zibil qutusuna atılır. Zibil qutusunun üzərinə isə “rəhbərin administrasiyası” sözü yazılıb. Daha əvvəl onların büstləri qan mənasında qırmızı rəngə boyanıb, aşırılıb, yandırılıb.

Xəbər verilir ki, İrandakı stabilliyin bərpa olunması üçün yeganə variant rejimin dəyişdirilməsidir.

Bəs İran nə edir?

– Heç nə olmayıbmış kimi Rusiya ilə hərbi əməkdaşlığı davam etdirir;
– Nüvə məhdudiyyətləri fonunda Kreml ilə atom sahəsində gizli sövdələşmələr aparır;
– İqtisadi əməkdaşlıqlar da şaxələnməkdədir;
– Əvvəl yalnız Azərbaycan vasitəsilə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı işlər gedirdisə, hazırda Hindistan-İran-Rusiya-Avropa iqtisadi magistralı razılaşdırılıb və bu layihə Qərbin sanksiyalarından kənar qalacaq;
– Çin də İran vasitəsilə Pekindən Londona uzanacaq “bir yol bir kəmər” layihəsini imzalayıb;
– Hər üç dəhlizdə Azərbaycan tranzit ölkədir.

Görünür, Qərb İrandakı rejimin devrilməsini 2024-ə saxlayıb və gələn il islam respublikasındakı iğtişaşlar səngiyəcək.

Necə?

Çində sutka ərzində milyonlarla koronavirusa yoluxma qeydə alınır. Tehran isə Pekinlə əməkdaşlıq formatındadır. Nəticədə molla rejimində yoluxma sayı süni artırıla və karantin rejimi elan oluna bilər ki, insanları evlərinə qapasınlar.

Bir faktı qeyd edim ki, İrandakı etirazçıları heç edam hədələri meydanlardan yığa bilmir. Yəni molla cəhalətindən çıxmaq istəyən insanlar karantin qadağalarına məhəl qoymayacaq. Heç imperialist, tarix ərzində yüzlərlə etirazı silah gücünə boğmuş, onlarla repressiya, sürgünlər törətmiş rusların farslara verdiyi məsləhətlər də kömək etmir. İranda qadın hüquqlarının müdafiəsi ilə başlayıb inqilabi dönüş edən və milli hərəkata çevrilməkdə olan etirazları boğmaq mümkün deyil. Molla rejiminin planlaşdırdığı Xamenei-Rəisi barteri çarter reysi ilə havaya sovrulub.

Beynəlxalq aləm də İran hökumətinin insanlara qarşı soyqırımını pisləməyə başlayıb. Amma hələ ki, Qərbin başı Rusiya-Ukrayna, COVID maxinasiyalarına qarışıb. Dərindən nəfəs almağa vaxt olan kimi demokratik qütbün gücləri diktatura qütbünün qalıqları ilə məşğul olacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37