Cümə, 29 Mart

“Bölgədə nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələsinə tədricən ümid etmək olar” - Rusiya XİN

image

Bölgədə nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələsinə tədricən ümid etmək olar”.

Xəbər verilir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya mətbuatına müsahibəsində deyib.

O bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məsələsində tərəflərin mərhələli şəkildə hərəkətinə ümid edir:

“9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli razılıqlar sülh müqaviləsi istiqamətində irəliləyişin əldə olunmasına kömək edəcək. Bu razılıqlar Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması üçün “yol xəritəsi” formalaşdırıb”, - deyə o bildirib.

Qaluzin deyib ki, Rusiya regionda xüsusilə nəqliyyat və iqtisadi əlaqələrin açılması, delimitasiyası və humanitar problemlərin həlli kimi sahələrdə tədricən irəliləyiş gözləyir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45